Ramil Şeydayev: "Nəticədən razı qalmadıq"

23:49 - 5 Mart 2017

“Bu gün çox yaxşı oyun oldu. Rəqib layiqli müqavimət göstərirdi. Xal itirdiyimizə görə nəticədən razı qalmadıq”.

 

Sportal.az xəbər verir ki, bu sözlər millimizin və “Jilina”nın hücumçusu Ramil Şeydayev bu gün Slovakiya çempionatının XXII turunda “Podberzova”ya qarşı (2:2) oyundan sonra deyib.

 

Gənc hücumçu klubun rəsmi saytına verdiyi açıqlamada bu oyunu unutmalı olduqlarını deyib: “Bizi yalnız qələbə qane edə bilərdi. Çünki komandamız liderliyini əldən verməmək üçün qələbələr qazanmalıdı. Artıq bu görüşü unudub, növbəti matçlar haqda düşünməliyik”.

 

Qeyd edək ki, millimizin hücumçusu bu gün baş tutan matçda 90 dəqiqə meydanda olub.

Xəbər xətti