Premyer Liqanın 21-ci turunu neçə azarkeş izlədi?

12:44 - 6 Mart 2017

Azərbaycan Premyer Liqasının 21-ci turu üçün azarkeş sayı məlum olub.
 
Sportal.az xəbər verir ki, turun rekordu Gəncədə qeydə alınıb. Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” - AZAL oyununu (1:1) 6200 azarkeş tribunlardan izləyib.
 
Turun antirekordu isə "Neftçi" - "Zirə" matçında qeydə alınıb. “Bakcell Arena”da keçirilən oyununu (1:2) 500 tamaşaçı izləyib.
 
“Sumqayıt” “Kapital Bank Arena”da “Qarabağ”ı qəbul edib. Ağdam klubunun 4:0 hesablı qələbəsini 2500 azarkeş izləyib.
 
"İnter Arena" keçirilmiş “İnter” - “Qəbələ” matçını da 2500 tamaşaçı izləyib.
 
Ümumilikdə, turun 4 oyununu 11 700 azarkeş izləyib ki, bu da, hər oyuna orta hesabla 2925 tamaşaçı deməkdi.

Xəbər xətti