Nazarov oynadı, komandası məğlubiyyətdən qurtuldu

12:58 - 6 Mart 2017

Almaniya II Bundesliqasında XXIII turun oyunları başa çatıb.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” səfərdə “Arminiya” Bilefeldlə qarşılaşıb. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb.

 

Matça start heyətində başlayan Nazarov 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, 23 oyundan sonra aktivində 19 xal olan “Aue” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər xətti