Marko Verratti qərarını verdi

13:42 - 6 Mart 2017

"Barselona", "Real", "İnter", "Yuventus", "Mançester Yunayted" və "Çelsi" kimi Avropa nəhənglərinin transfer hədəfində olan PSJ-nin italiyalı futbolçusu Marko Verratti açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Paris təmsilçisində qalmaq istədiyini bildirib:

 

"Bizim böyük layihələrimiz var. Mən də bu prosesin içindəyəm. PSJ-də qalmaq istəyirəm və bu komanda ilə Çempionlar Liqasının qalibi olmağı xəyal edirəm".

 

Verratti baş məşqçisi Unay Emeriyə təşəkkür edib:

 

"Baş məşqçimə də təşəkkür edirəm. Hər zaman mənə şans verir. Fiziki cəhətdən özümü yaxşı hiss edirəm. Həftədə 3 oyun rahat şəkildə oynaya bilirəm.Müasir futbolda ən vacib amillərdən biri fiziki cəhətdən daim hazır olmağındır".

 

Qeyd edək ki, İtaliya millisinin üzvü 2012-ci ildən PSJ-də çıxış edir. Verratti bu mövsüm 30 oyuna 2 qol vurub və 6 assist edib.

Xəbər xətti