"Zirə"dən 25-ci qələbə

15:20 - 6 Mart 2017

Azərbaycan Premyer Liqasının 21-ci turunun “Neftçi” - “Zirə” qarşılaşması qonaqlar üçün yubileylə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, 2:1 hesabı ilə əzmkar qələbə qazanan Ayxan Abbasovun yetirmələri Azərbaycan çempionatının yüksək dəstəsində 25-ci qələbəsini bayram edib. Premyer Liqada ötən mövsüm debüt edən zirəlilər 17 dəfə qalib gəlmişdisə, cari çempionatda daha 8 dəfə sevinib. 8-ci km stadionunda qazanılan 25-ci uğuru 57-ci oyununda əldə edən qəsəbə təmsilçisi 16 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Bu müddətdə zirəlilər 62 top vurub və 53-nü buraxıb.

 

“Zirə” ölkə çempionatlarında 25 və daha çox qələbə qazanan 32-ci komanda olub. 

Xəbər xətti