"Bayer" türkiyəli baş məşqçiyə tapşırıldı

15:50 - 6 Mart 2017

Almaniya Bundesliqasında çıxış edən Leverkuzen “Bayer”inin yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az "Kicker"ə istinadən xəbər verir ki, komanda Tayfun Korkuta həvalə edilib. 42 yaşlı türkiyəli çalışdırıcı mövsümün sonunda qədər Leverkuzen təmsilçisinin "sükanı arxasında" olacaq.

 

Xatırladaq ki, Bundesliqanın son turunda Dortmund “Borussiya”sına böyük hesabla (2:6) məğlub olan “Bayer” Rojer Şmidtlə yollarını ayırmışdı.

 

Qeyd edək ki, Tayfun Korkutun sonuncu klubu 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern” olub.

Xəbər xətti