Cerrardan "Lester Siti" futbolçularına: "Ranyeriyə qarşı hörmətsizlik etdilər"

16:08 - 6 Mart 2017

"Liverpul"un və İngiltərə futbolunun əfsanəvi futbolçusu Stiven Cerard bir müddət əvvəl "Lester Siti"nin baş məşqçi postundan uzalaşdırılan Klaudio Ranyerinin istefasına münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, hazırda "Liverpul" Akademiyasında bütün yaş qruplarına nəzarət edən mütəxəssis bunları bildirib:

 

“Lester Siti”nin futbolçuları Klaudio Ranyeriyə qarşı böyük hörmətsizlik etdilər. Ranyerinin istefasından sonra keçirilən hər iki oyunda qazanılan qələbə bunun əyani sübutudu. Onlar Ranyeri getməmişdən əvvəl də belə oynaya bilərdilər. Sən klub naminə oynayırsan, məşqçi naminə yox. Heç cür anlaya bilmirəm ki, bir qrup futbolçu necə belə addım ata bilər. Cəmi iki həftə əvvəl onların heç biri meydanda qaçmaq istəmirdi. Amma Ranieri gedəndən sonra ötənilki oyunlarını nümayiş etdirməyə başladılar”.

 

Xatırladaq ki, Ranyeri ötən mövsümdə “Lester Siti”yə 133 illik klub tarixində ilk çempionluğunu qazandırsa da, cari mövsümkü uğursuz nəticələrdən sonra istefaya göndərilib.

Xəbər xətti