Arsen Venger: "Dünyanın ən yaxşı komandasındayıq"

02:02 - 7 Mart 2017

“Arsenal”ın baş məşqçisi Arsen Venger ÇL-nın 1/8 final mərhələsində “Bavariya” ilə cavab matçıöncəsi açıqlama verib.

 

Sportal.az xəbər verir ki, mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı xəbərlər dolaşan 67 yaşlı çalışdırıcı bunları deyib:

 

“Futbolçular baş məşqçini seçə bilməzlər. Onların işi oynamaqdır. Rəhbərin təyin edilməsi vəzifəsi isə komandanın idarə heyətinə məxsusdur. Düşünürəm ki, dünyanın ən yaxşı klubundayıq. Biz yalnız göstərdiyimiz performansa görə tənqidləri qəbul edirik. Futbolçularım oyuna hazırdı. Azarkeşləri sevindirmək və komandaları ilə qürur duyması üçün ən yaxşı zamandır”.

 

Qeyd edək ki, Arsen Venger 1996-ci ildən “Arsenal” klubuna rəhbərlik edir.

Xəbər xətti