Luis Suares: "Mərhələni keçmək mümkündür"

02:16 - 7 Mart 2017

“Barselona”nın uruqvaylı futbolçusu Luiz Suares ÇL-da “PSJ” ilə oyunöncəsi  açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı forvard ilk oyundakı 0:4 hesablı məğlubiyyətin əvəzini çıxacaqlarını bildirib:

 

“İnsanlara gerçək “Barselona”nı göstərmək üçün əlimizdən gələni edəcəyik. Vəziyyəti dəyişmək bir az çətin olacaq, ancaq mümkündür. Messi, Neymar və mən həm müdafiə, həm də hücum üçün oynayırıq. Komandaya dəstək olmaq bizim işimizdir. İnsanların gözləntilərini doğrultmayanda çox utanıram. Bütün futbolçular “Qızıl top”u qazanmaq istəyir. Lakin hər il o mükafata layiq olan bir futbolçu var, o da Messidir. Neymar isə Messidən sonra o mükafata 2-ci ən layiqli namizəddir”.

 

Qeyd edək ki, Luiz Suares 2014-cü ildə “Liverpul”dan  “Barselona”ya keçib.

Xəbər xətti