“Napoli” “Real”a, “Arsenal” “Bavariya”ya qarşı

10:31 - 7 Mart 2017

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə biri Londonda, digəri Neapolda olmaqla, iki görüş keçiriləcək. “Arsenal” öz neydanında “Bavariya”nı qəbul edəcək. Tərəflər arasında ilk matçda almanlar 5:1 hesabı ilə qalib gəldiyindən, cavab oyunu formal xarakter daşıyır.

 

Günün ikinci qarşılaşması isə İtaliyada olacaq. “Napoli” “Real Madrid”i qəbul edəcək. İlk matçda kral klubu 3:1 hesabı ilə qələbə qazanıb.

 

23:45 “Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya)

İlk oyun: 1 - 5

 

23:45 “Napoli” (İtaliya) – “Real Madrid” (İspaniya)

İlk oyun: 1 - 3

Xəbər xətti