AFFA Robertsi 3 oyunluq cəzalandırdı, AZAL-ı 2400 manat cərimə etdi

12:56 - 7 Mart 2017

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Azərbaycan Premyer Liqasının 21-ci turunun “Kəpəz” - AZAL matçının videoyazısını izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:

 

Oyunun 64-cü dəqiqəsində AZAL klubunun futbolçusu Alamadine Omeqa Roberts rəqib futbolçuya qarşı aqressiv hərəkətinə görə 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.

 

Hakimlər Komitəsi hakim (oyunun baş hakimi Orxan Məmmədov) haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.

 

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 21-ci turunun “Neftçi” - “Zirə” matçının 42-ci dəqiqəsində “Zirə”nin futbolçusu Tapdıq Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.

Xəbər xətti