La Liqada növbəti baş məşqçi istefası

13:52 - 7 Mart 2017

İspaniyanın “Malaqa” klubu baş məşqçisi Marselo Romero ilə vidalaşıb.

 

Sportal.az xəbər verir ki, buna komandanın uğursuz çıxış səbəb olub. "Malaqa" Romeronun başçılığı ilə meydana çıxdığı 10 qarşılaşmanın 7-dən məğlub ayrılıb. Bu uğursuz nəticə də, rəhbərliyi baş məşqçiyə qapını göstərməyə məcbur edib.

 

Qeyd edək ki, “Malaqa” 26 turdan sonra 26 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Xəbər xətti