La Liqa klubunda yeni baş məşqçi

16:30 - 7 Mart 2017

İspaniya La Liqasında çıxış edən "Malaqa" klubu yeni baş məşqçisinin adını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, komanda Xose Miqel Qonsalesə (Miçel) tapşırılıb. 53 yaşlı mütəxəssis bu postda Marselo Romeronu əvəzləyib.

 

Qeyd edək ki, Miçel son olaraq Fransanın "Marsel" klubunda çalışıb.

 

“Malaqa” 26 turdan sonra 26 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

 

Xəbər xətti