"Turan Tovuz"un futbolçuları zəhərləndi FOTO

18:12 - 7 Mart 2017

Azərbaycan birinci divizionunda mübarizə aparan "Turan Tovuz" klubunun bir neçə futbolçusu zəhərlənib.

 

Sportal.az klubun "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, qida zəhərlənməsindən Tovuz rayon təcili tibbi yardım şöbəsinə qəbul olunan futbolçuların bəziləri evə buraxılıb. 

 

Hazırda bir-neçə futbolçunun müalicəsi Tovuz Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsində davam etdirilir.

 

Futbolçuların oyun saatına kimi tam sağalması sual altında olduğundan "Turan Tovuz" həm PFL, həm də "Səbail" klubundan oyunun vaxtının 2 gün sonraya yəni martın 17-nə dəyişdirilməsini xahiş etsə də, onların istəyi nəzərə alınmayıb.

 

Xəbər xətti