Luis Enrike: "PSJ-yə 6 qol vura bilərik"

18:44 - 7 Mart 2017

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçı çərçivəsində PSJ-ni qəbul edəcək "Barselona" tarix yazaraq 1/4 finala vəsiqə qazanmağı hədəfləyir.

 

Sportal.az xəbər verir ki, Parisdə keçirilən ilk matçda rəqibinə 0 - 4 hesabıyla məğlub olan Kataloniya təmsilçisi növbəti mərhələ şansını hələ saxlayır. "Barselona"nın bu günkü məşqindən sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran baş məşqçi Luis Enrike ümidli danışıb:

 

"PSj ilk oyunda bizə 4 qol vurubsa, biz də sabah onlara 6 qol vura bilərik. Etməli olduğumuz ilk iş rəqibdən üstün olmağımızdı. Daha sonra hücumda və müdafiədə yaxşı çıxış etməliyik. Təbii ki, PSJ kimi bir rəqibə qarşı oynamaq çox çətindi. Parisdəki ilk matçdan bu günədək çox şeylər dəyişdi. Meydanda daha yaxşı oyun göstəririk. Yaxşı düşünməliyik. Çünki, professional insan etmək istədiyi bir şeyə inanmaq məcburiyyətindədi".

 

Qeyd edək ki, "Barselona" - PSJ qarşılaşması sabah Bakı vaxtilə saat 23:45-də start götürəcək.

Xəbər xətti