İbrahimoviç sərt cəzalandırıldı

00:03 - 8 Mart 2017

İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi “Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviçi cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, isveçli hücumçu 3 oyunluq diskvalifikasiya edilib. Buna  35 yaşlı hücumçunun İngiltərə Premyer Liqasının XXVII turunda “Bornmut”la matçda rəqib komandanın futbolçsu Tayron Minqsi dirsəklə vurması səbəb olub. O, cəza səbəbindən İngiltərə Federasiya Kubokunda "Çelsi" ilə oyunu və Premyer Liqa çərçivəsində "Midlsbro" və "Vest Bromviç"lə görüşləri buraxmalı olacaq.

 

Qeyd edək ki, Minqs dirsəklə vurulmasından əvvəl İbrahimoviç yıxılarkan onun başına zərbə vurub. Minqsə də bu hərəkətinə görə daha  ağır cəza veriləcəyi gözlənilir.

Xəbər xətti