"Lester"in yeni baş məşqçisi Şekspir oldu

00:30 - 8 Mart 2017

İngiltərənin "Lester" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, ötən mövsüm İngiltərə Premyer Liqasının qalibi olan komanda italiyalı Kaudio Ranyerinin istefasından sonra baş məşqçi vəzifəsini müvəqqəti yerinə yetirən Kreyq Şekspirə tapşırılıb.

 

2011-ci ildən "Lester"də köməkçi-məşqçi vəzifəsində çalışan 54 yaşlı ingiltərəli mütəxəssislə mövsümün sonuna qədər müqavilə bağlanılıb.

 

"Tülkülər" onun rəhbərliyi altında çıxdıqları 2 matçdan qalib ayrılıblar. Son çempion evdə "Liverpul" və "Hall Siti"ni 3:1 hesabı ilə məğlub edib.

Xəbər xətti