Pirlo: “Barselona”da çıxış etməyimə icazə vermədilər”

02:26 - 8 Mart 2017

“Nyu-York Siti” klubunda çıxış edən Andrea Pirlo maraqlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, italiyan ulduz Xosep Qvardiolanın ona “Barselona”da oynamağı təklif etdiyini bildirib:

 

“Milan”da çıxış etdiyim vaxtlarda “Barselona” ilə yoldaşlıq oyunu keçirmişdik. Matçdan sonra “Barselona”nın çalışdırıcısı Qvardiola məni stadiondakı ofisinə çağırdı və “Barselona”da oynamaq istədiyimi soruşdu. Bu mənim üçün  əvəzolunmaz bir hiss idi. Lakin “Milan” ayrılmağıma icazə vermədi”.

 

Qeyd edək ki, Andrea Pirlo 2001/11-ci illərdə “Milan”da çıxış edib.

Xəbər xətti