"Mançester Siti" millinin üzvü üçün 100 milyon avro xərcləyəcək?

15:15 - 8 Mart 2017

Bu mövsüm vurduğu 22 qolla İtaliya A Seriyasında bombardirlik yarışına liderlik edən “Torino”nun futbolçusu Andrea Belotti Avropanın bir sıra nəhəng klublarının diqqətini öz üzərinə çəkib.

 

Sportal.az xəbər verir ki, mövsümün sonunda onu rənglərinə bağlamaq istəyən klublardan biri də “Mançester Siti”di. “Mirror”da yer alan məlumata görə, “şəhərlilər” futbolçu ilə danışıq aparmaq niyyətindədirlər.

 

Ancaq Belottinin “Mançester Siti”yə gəlib-gəlməməsi Argentina millisinin üzvü Serxio Aquerodan asılıdır. Əgər Aquero mövsümün sonunda Mançester klubundan ayrılsa, onun yerini məhz 23 yaşlı italyan hücumçu tutacaq.

 

Qeyd edək ki, Turin təmsilçisinin prezidenti Urbano Kayro bir müddət öncə verdiyi açıqlamada İtaliya millisinin də üzvü olan Belottinin transfer qiymətinin 100 milyon avro olduğunu demişdi.

Xəbər xətti