PSJ-də ciddi itki: "Barselona"ya qarşı oynamayacaq

16:35 - 8 Mart 2017

Çempionlar Liqası 1/8 final mərhələsinin cavab matçı çərçivəsində "Barselona"nın qonağı olan PSJ bu matça ciddi itki ilə çıxacaq.

 

Sportal.az xəbər verir ki, parislilər vacib qarşılaşmada Tiaqo Mottanın xidmətindən yararlana bilməyəcək. Bu barədə Fransa təmsilçisinin məşqçisi Unai Emeri matç öncəsi keçirilən mətbuat konfransında məlumat verib. Braziliyalı müdafiəçi zədə səbəbindən komandasına kömək edə bilməyəcək.
 

Qeyd edək ki, "Barselona" - PSJ görüşü bu gecə Bakı vaxtilə saat 23:45-də start götürəcək. Bu komandalar arasında Parisdə baş tutan ilk oyunda meydan sahibləri 4 - 0 hesablı qələbəyə sevinib.

Xəbər xətti