İtaliya klubu "Çelsi"dən 40 milyon avro tələb edir

17:59 - 8 Mart 2017

"Çelsi" "Atalanta"nın futbolçusu Frenk Kessieni transfer etmək istəyir.

 

Sportal.az xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçu üçün "zadəganlar"dan 40 milyon avro tələb edir. Bu məbləğdən sonra geri addım atan "Çelsi" gözləmə mövqeyinə keçib.

 

Fil Dişi Sahili millisinin üzvü bu mövsüm A Seriasında göstərdiyi oyunla "Milan", "İnter", "Yuventus" kimi İtaliya nəhənglərinin də diqqətini cəlb edib.

 

Qeyd edək ki, gənc forvard mövsüm ərzində "Atalanda"nın heyətində meydana çıxdığı 21 qarşılaşmada 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti