Ramil Şeydayev komandasını xilas edə bilmədi

00:04 - 9 Mart 2017

Azərbaycan millisinin üzvü Ramil Şeydayev Slovakiyanın “Jilina” komandasının heyətində növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, gənc hücumçu ölkə kubokunun ¼ final mərhələsində “Skaliça”ya qarşı keçirilən matçda forma şansı qazanıb. Millimizin üzvü qarşılaşmanın ikinci hissəsinin əvvəlində meydana daxil olub və sona qədər mübarizə aparıb.

 

Matç “Skaliça”nın qələbəsi ilə (3:2) başa çatıb. Bu nəticə ilə yığma üzvünün komandası kubokda mübarizəni dayandırıb.

Xəbər xətti