"Barselona"dan tarixi qələbə VİDEO

01:57 - 9 Mart 2017

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Parisdə PSJ-yə gözlənilmədən böyük hesabla uduzan “Barselona”, doğma “Nou Kamp”da bu biabırçı yenilginin əvəzini çıxamağa, fransızlar isə böyük üstünlüyü qoruyub saxlamaq üçün mübarizə aparıb. “Barsa” doğma meydanda nə qədər güclü təsir bağışlasa da, katalonların evdə 0:4 hesablı məğlubiyyətin əvəzini çıxacağına klubun hətta ən nikbin azarkeşləri belə inanmırdı. Ancaq Luis Enrikenin yetirmələri belə desək, möcüzəyə imza atmağı bacardı. Katalonlar ikinci hissənin əvvəllərində hesabda 3:0 önə keçərək böyük üstünlük əldə etsə də, Edinson Kavaninin qolundan sonra bu üstünlüyü əldən verib. Belə ki, "göy-qırmızılar" bundan sonra 1/4 finala adlamaq üçün daha 3 qol vurmalıydılar. Nə qədər inanılmaz olsa da, katalonlar buna nail olmağı bacardılar. Oyuna əlavə olunmuş 5-ci dəqiqədə, Serji Robertonun qoluyla oyunda hesabı 6:1-ə çatdıran "göy-qırmızılar" 1/4 finala vəsiqə qazanaraq, inanılmazı bacardılar.

 

"Barselona" - PSJ 6:1 (İlk oyun 0:4)

QOLLAR: Suares, 3, Kurjava, 40 (öz qapısına), Messi, 50 (pen.),Neymar, 88, 90 (pen.), Roberto, 90+5 - Kavani, 62

 

Xəbər xətti