Emin Mahmudov milliyə dəvət olunacaq?

11:58 - 9 Mart 2017

Portuqaliyanın "Boavişta" klubunda fomra geyinən millimizin üzvü Emin Mahmudovdan yeni xəbər var. 

 

Sportal.az xəbər verir ki, zədədən əziyyət çəkən futbolçu artıq tam sağalıb. Təxminən 1 aya yaxındır zədədən əziyyət çəkən futbolçu komanda ilə məşqlərə start verib. Onun qarşıdakı oyunlarda Portu təmsilçisinə kömək edə biləcəyi gözlənilir. 

 

Əldə etdiyimiz məlumata görə, yarımmüdafiəçinin DÇ-2018-in seçmə mərhələsində baş tutacaq Azərbaycan - Almaniya oyununda millimizin heyətində yer alması üçün heç bir problem qalmayıb. Ancaq futbolçu ilə bağlı yekun qərarı baş məşqçi Robert Prosineçki verəcək. 

 

Qeyd edək ki, Mahmudov bu mövsümdən çıxış etdiyi "Boavişta"nın heyətinə 1 qol vurub. 

Xəbər xətti