FİFA-nın reytinq cədvəli: Millimiz yerində saydı

13:13 - 9 Mart 2017

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, yığmamız budəfəfki siyahıda ötən ay olduğu kimi 89-cu pillədə qərarlaşıb. Buna baxmayaraq, fevral ayından fərqli millimiz 8 xal itirib. Hazırda ölkəmizin aktivində 380 əmsal var.

 

Yığmamızın DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 3, Şimali İrlandiya 35, Çexiya 42, Norveç 81, San Marino 203-cü yerdə qərarlaşıb. Bu gün yoxlama matçındakı rəqibimiz Qətər isə 84-cüdü. Siyahının ilk iki pilləsini isə müvafiq olaraq, ötən ay olduğu kimi Argentina və Braziliya tutur. 

 

Qeyd edək ki, FİFA növbəti reytinq cədvəlini aprelin 6-da açıqlayacaq.

Xəbər xətti