Ulduz futbolçu karyerasını başa vurur

16:07 - 9 Mart 2017

Daha bir ulduz futbolçu karyerasını başa vurmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, söhbət Xabi Alonsodan gedir. "Bavariya"nın yarımmüdafiəçisi mövsümün sonunda karyerasını başa vuracağını bildirib. 35 yaşlı yarımmüdafiəçi bu barədə məlumatı şəxsi "Tvitter" hesabı vasitəsi ilə yayıb: "Mən futbolla yaşayırdım və onu sevirdim. Bağışla, gözəl oyun".

 

Qeyd edək ki, Alonso karyerası ərzində "Real Sosyedad", "Eybar, "Liverpul", "Real" kimi klublarda çıxış edib. O, İspaniya millisi ilə Avropa və dünya çempionu olub.

Xəbər xətti