Neymar: "Karyeramın ən gözəl oyunu idi"

16:54 - 9 Mart 2017

PSJ-yə 3 dəqiqəyə 2 qol vuran "Barselona"nın futbolçusu Neymar karyerasının ən yaxşı matçını keçirdiyini düşünür.

 

Sportal.az xəbər verir ki, braziliyalı ulduz Paris təmsilçisinə qarşı gözəl oyun göstərdiyinə inanır. Qarşılaşmanın son 7 dəqiqəsində 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan hücumçu komandasının 1/4 finala çıxmasında böyük pay sahibi oldu.

 

Neymar bu unudulmaz görüşlə bağlı fikirlərini mətbuata açıqlayıb:

 

"Bütün komandanı təbrik edirəm. Çünki son dəqiqəyə kimi inandıq. Karyeram ərzində oynadığım ən gözəl matç idi. Əgər biz inanıb, öz oyunumuzu oynasaq, qarşısıalınmaz bir komanda olarıq. Belə bir hadisə həyatınızda sadəcə bir dəfə olur. Heç kəs 6 qol vuracağımıza inanmırdı, amma vurduq".

Xəbər xətti