"Sumqayıt" "Anji"nin futbolçusunu transfer etdi

17:21 - 9 Mart 2017

"Sumqayıt" yeni transferini rəsmiləşdirib.

 

Sportal.az klubun rəsmi saytına istinadla xəbər verir ki, "kimyaçılar" "Anji"nin qapıçısı Mehti Cənətovu heyətinə qatıb.  1992-ci il təvəllüdlü futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Mehti Azərbaycanın U-21 millisinin şərəfini qoruyub.

 

Xatırladaq ki, bu barədə Sportal.az saytı bir neçə gün öncə məlumat vermişdi. (http://sportal.az/news/82724)

Xəbər xətti