"Barselona"da yeni müqavilə

10:10 - 10 Mart 2017

"Barselona" klubunda yeni müqavilə gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi İvan Rakitiçlə müqavilə müddətini 2021-ci ilə qədər uzadıb. Müqavilənin bəndində olan şərtə görə, xorvatiyalı yarımmüdafiəçinin sərbəst qalma qiyməti 125 milyon avrodur.

 

Xatırladaq ki, 28 yaşlı futbolçu 2014-cü ildə "Sevilya"dan transfer olunub.

Xəbər xətti