Kollina “Barselona” - PSJ matçının hakiminə aşağı bal verdi

13:32 - 10 Mart 2017

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Barselona” - PSJ matçının (6:1) baş hakimi Dəniz Aytəkinin idarəçiliyi yüksək qiymətləndirilməyib.

 

Sportal.az xəbər verir ki, matçın hakim-inspektoru olan UEFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina türk əsilli alman referinin idarəçiliyini aşağı bala layiq görüb. Dənizin cari mövsümdə bir daha beynəlxalq yarışlara təyinat almayacağı da bildirilir.

 

Alman referinin idarəçiliyi "Barselona"nın lehinə verdiyi və rəqibin cərimə meydançasının daxilində Di Mariaya qarşı edilən qayda pozuntusunu penalti kimi dəyərləndirmədiyi üçün narazılıqla qarşılanıb.

 

“Barselona” ilk oyunda 0:4 hesabı ilə uduzduğu PSJ-ni cavab matçında 6:1 hesabı ilə məğlub edərək, növbəti mərhələyə adlayıb.

Xəbər xətti