"Zlatan İbrahimoviçsiz də qələbə qazana bilərik"

14:49 - 10 Mart 2017

İngiltərə Futbol Federasiyasının İntizam Komitəsinin “Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviçi 3 oyunluq cəzalandırması haqda məlumatlısız.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın müdafiəçisi Daley Blind Zlatanın yoxluğununda problemlə üzləşməyəcəklərini bildirib:

 

"Zlatan İbrahimoviçin 3 oyunluq cəzalandığı üçün digər oyunçular özlərini göstərməlidir. Reşford, Mxitaryan, Mata və Linqard kimi oyunçularımız var. Zlatan bizim üçün nə qədər önəmli futbolçu olsa da, onun yoxluğunda da qələbə qazana biləcək komandayıq".

Xəbər xətti