Millimizin üzvü klubunu tərk edir

11:11 - 11 Mart 2017

Millimizin sabiq üzvü Tuğrul Erat Almaniyanın “Duysburq” klubundan ayrılamağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu mövsümün sonunda komandanı tərk edəcək.  Almaniya mətbuatında yer alan xəbərə görə, o, son oyunlarda az forma şansı qazandığı üçün klubla müqaviləsinə xitam verəcək.

 

Qeyd edək ki, millimizin heyətində 2 oyun  keçirən Eratın “Duysburq”la müqaviləsi 2018-ci ilin yayında başa çatacaq.

Xəbər xətti