Amit Quluzadəyə şans verilmədi

00:17 - 12 Mart 2017

Yunanıstan Super Liqasında 24-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Amit Quluzadənin şərəfini qoruduğu AEL səfərdə “Panionis”in qonağı olub. Matç meydan sahiblərinin 1 - 0 hesablı qələbəsiylə nəticələnib.Amit oyunu ehtiyat oyunçular skamyasından izləyib.

 
Qeyd edək ki, hazırda hesabında 21 xal olan Larisa təmsilçisi 16 komanda arasında 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti