Elnur Cəfərov Xorvatiyada növbəti matçına çıxdı

11:44 - 12 Mart 2017

Xorvatiya ikinci liqasında 21-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, həmyerlimiz Elnur Cəfərovun şərəfini qoruduğu "Duqopolye" doğma meydanda "Noviqrad" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 0 - 1 hesablı məğlubiyyətlə ayrılıb. Elnur matça start heyətində başlayıb, 60-cı dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, hazırda 31 xala malik  "Duqopolye" 12 klub arasında 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti