Azar "Real"a keçir?

15:37 - 12 Mart 2017

Madrid "Real"ı "Çelsi"nin futbolçusu Eden Azarı heyətinə cəlb etmək istəyir.

 

Sportal.az xəbər verir ki, "kral klubu" Belçika millisinin üzvü üçün London təmsilçisinə rəsmi təklif göndərməyə hazırlaşır. İspaniya nəhəngi yay transfer pəncərəsi zamanı "Çelsi"nin qapısını döyməyi planlaşdırır.

 

"Mundo Deporivo" nəşrinin məlumatına görə "Real" Hazardın transferi üçün İngiltərə təmsilçisinə Alvaro Moratanı və müəyyən miqdarda pul ödəməyə hazırdı. Dieqo Kostaya gələn təklifləri dəyərləndirən "zadəganlar"ın Morata təklifinə müsbət cavab verəcəyi gözlənilir.

 

Qeyd edək ki, Eden Azar bu mövsüm "Çelsi"nin heyətində Premyer Liqada meydana çıxdığı 26 matçda 11 qol vurmağı bacarıb.

Xəbər xətti