Azәrbaycanlı futbolçu Almaniyada het-trik etdi

21:02 - 12 Mart 2017

Azərbaycan millisində oynamağa razılıq verən Renat Dadaşov Almaniyanın “Ayntraxt” klubunun 19 yaşlılardan ibarət komandasının heyətində növbəti matçını keçirib.

 

Sportal.az xəbər verir ki, 17 yaşlı hücumçu Frankfurt təmsilçisinin heyətində “Stuttqarter”in 19 yaşlılardan ibarət komandası ilə XXI tur çərçivəsində keçirilən matçda iştirak edib.

 

Qarşılaşma Dadaşovun komandasının 5:1 hesablı qələbəsi ilə başa çatıb. Həmyerlimiz oyunda 3 qolla yadda qalıb və komandasının böyükhesablı qələbəsində böyük pay sahibi olub.

 

Qeyd edək ki, Dadaşovun komandası geridə qalan 21 turda 27 xal toplayıb və turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti