Dmitri Nazarov: "Həmin anda yenə çəkinmirəm"

11:41 - 13 Mart 2017

Almaniya II Bundesliqasının XXIV turunda millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” öz meydanında “Karlsrue”ni 1:0 hesabı ilə məğlub edib. komandasına qarşı görüşə start heyətində başlayan və sona qədər meydanda olan Nazarov matçdadkı yeganə qola imza atıb. O, 36-cı dəqiqədə penalti zərbəsi ilə fərqlənib.

 

Sportal.az "tag24"ə istinadən xəbər verir ki, görüşdən sonra 26 yaşlı yarımmüdafiəçi oyun haqda fikirlərini bildirib:

 

“Qol vurub komandama qələbə qazandırmaq yaxşıdı, amma bu qolun müəllifinin kimin olması əhəmiyyətli deyil. Artıq qazandığımız hər xal bizə vacibdir. Əsas komandanın uğurudur. Penalti zərbələrimdən əvvəl topu göndərəcəyim yeri dəqiqləşdirirəm. Hətta rəqib qapıçı da həmin mövqeyə tullanmağı fikirləşirsə, yenə də çəkinmirəm, mənim üçün problem deyil”.

 

Dimitrij Nazarov versenkte den Elfmeter gegen KSC-Keeper Dirk Orlishausen ganz sicher.

 

Qeyd edək ki, Nazarov II Bundesliqada bu mövsüm 4 qol vurub.

 

Əlavə edək ki, “Aue” 22 xalla 18 komanda arasında 16-cı pillədədir.

Xəbər xətti