Ronaldo: "Barselona"nın qələbəsindən zövq aldım"

12:29 - 13 Mart 2017

La Liqanın XXVII turunda baş tutan “Real” – “Betis” (2:1) oyununu izləyən braziliyalı hücumçu Ronaldo matçdan sonra yerli jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, “kral klubu”nun və "Barselona" nın sabiq futbolçusu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Barselona” – PSJ (6:1) matçından söz açıb:

 

"Barcelona - PSJ matçı futbol tarixinin unudulmayacaq görüşlərindən biri idi. Qarşılaşmanı izlədim və xeyli zövq aldım. Bütün futbol azarkeşləri bu oyundan həzz aldılar. "Barselona" unudulmaz "comeback" reallaşdırdı”.

 

Qeyd edək ki, “Barselona” ilk görüşdə Paris klubuna 0:4 hesabıyla məğlub olmuşdu.  

Xəbər xətti