Arsen Venger: "Sadəcə, 100 azarkeş narazıdır"

13:13 - 13 Mart 2017

Arsen Venger “Arsenal”da qalacaqmı? 1996-cı ildən “topçular”ı çalışdırıan mütəxəssisi bəlkə də, ilk dəfədir ki, azarkeşlər bu qədər istefaya səsləyir. Həm Çempionlar Liqası, həm də Premyer Liqada gözlənilənləri verməyən “Arsenal”ın baş məşqçisi Arsen Venger ayrılıq xəbərlərinə aydınlıq gətirib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis bu sözləri söyləyib:

 

“Uzun müddətdir ki, kluba sadiq bir şəkildə xidmət edirəm. Hamını xoşbəxt etməməyim yaxşı hal deyil, amma biz Federasiya Kubokunun yarımfinalındayıq. Əgər mənim dönəmimdə bunu neçə dəfə bacardığımızı saysaq, komandanın pis vəziyyətdə olmadığını anlayarsız”

 

“60 min azarkeşdən yalnız 100 nəfər xoşbəxt deyil”

 

“Bütün tənqidləri qəbul edirəm. İnsanların dediklərini ciddiyə almalıyıq. Bütün həyatımda bunu etdim və qorxmadım. Mən istəyirəm ki, hamı uğurlarımıza sevinsin. Satdionda 60 min nəfər olur və yalnız 100 fanat narazıdır. Biz də bu 100 nəfərdən danışırıq. Bu səbəbdən baxış bucağımızı dəyişməliyik”.

 

Image result for arsene wenger out

Image result for arsene wenger out

Xəbər xətti