Tüdor daha bir oyunçu ilə qalmaqal yaşadı - heyətdən qovuldu

15:21 - 13 Mart 2017

“Qalatasaray”ın baş məşqçisi İqor Tüdor maraqlı qərarlar verməkdə davam edir.

 

Sportal.az xəbər verir ki, ötən həftə məşqdə istədiyini etməyən və intizamsızlıq edən Brumanı əsas heyətdən kənarlaşdıran xorvat çalışdırıcının qəzəbinə bu dəfə Luis Kavanda tuş gəlib.

 

“Gənclərbirliyi” ilə matçdan öncə belçikalı oyunçu məşqlərdə özünü yaxşı tərəfdən göstərmədiyi üçün Tüdor tərəfindən əsas heyətdən kənarlaşdırılıb. Ancaq Kavanda məşqçinin bu qərarına əhəmiyyət verməyərək komandanı “Türk Telekom Arena”ya aparan avtobusa minib. İqor Tüdor Kavandadan avtobusdan düşməyi tələb etsə də, müdafiəçi məşqçinin sözlərinə əhəmiyyət verməyib. Lakin Tüdor futbolçunu avtobusdan qovmağa müvəffəq olub.

 

Bu intizamsızlığına görə Tüdor Kavandanı əsas heyətdən birdəfəlik qovub. Sağ cinah müdafiəçisi ilə mövsümün sonundan yollar ayrılacaq.

 

Mövsümün əvvəlində 1,8 milyon avro qarşılığında “Trabzonspor”dan transfer edilən Kavanda cari mövsümdə cəmi 5 Super Liqa, 6 kubok oyununda şans qazanıb. 

Xəbər xətti