"İnter"də 3 ciddi itki

16:50 - 13 Mart 2017

Azərbaycan Premyer Liqasının XXII turunda “Sumqayıt”ı qəbul edəcək “İnter”in heyətində itkilər var.

 

Sportal.az xəbər verir ki, “sabiq bankirlər”in 3 üzvü bugünkü matçı buraxacaq. Söhbət komandanın aparıcı futbolçuları Səlahət Ağayev, Slavik Alxasov və Abbas Hüseynodan gedir. Adıçəkilən futbolçular zədə səbəbindən “gənclik şəhəri” təmsilçisi ilə oyuna çıxmayacaqlar.

 

Qeyd edək ki, “İnter Arena”da keçiriləcək “İnter” – “Sumqayıt” matçı saat 18:00-da başlayacaq.

Xəbər xətti