"Lester Siti"nin baş məqşçisi: "Çempionlar Liqasını qazana bilərik"

13:48 - 14 Mart 2017

Çempiolar Liqasının 1/8 final mərhələsinin ilk matçı çərçivəsində səfərdə “Sevilya”ya uduzan “Lester Siti” bu gün cavab qarşılaşmasına çıxacaq.

 

Sportal.az xəbər verir ki, oyundan öncə “tülkülər”in baş məşqçisi Kreyq Şekspir açıqlama verib:

 

“Səfərdə vurulmuş qol bizə çox lazım olacaq. Komandada əhval-ruhiyyə yaxşıdı. “Sevilya” dünya səviyyəli oyunçulara sahibdi. Bu oyuna çox ciddi hazırlaşmışıq. Son qarşılaşmalarda uğurlu çıxış etmişik. Ümid edirəm ki, davamını gətirəcəyik”.

 

“Komandada Çempionlar Liqasını qazana bilərmi?” sualına Şekspir belə cavab verib: “Qazana bilərik. Niyə də olmasın?”

 

Qeyd edək ki, sözügedən qarşılaşma bu gün Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Xəbər xətti