Tərlan Əhmədov: "Çəkindiyimiz komanda yoxdur"

19:12 - 14 Mart 2017

Azərbaycan Premyer Liqasının XXII turunda “Qarabağ” öz meydanında AZAL-ı məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında “təyyarəçilər”in baş məşqçisi Tərlan Əhmədov fikirlərini bildirib:

 

"Çalışırdıq ki, yaxşı oynayıb, xal qazanaq. Artıq çempionatın sonuna yaxınlaşırıq. Komanda istəkli idi. Bir səhv istər-istəməz məğlubiyyətə gətirib çıxarır. İkinci hissədə oyunun gedişatını dəyiməyə çalışdıq, amma alınmadı. Çempionatın sonuna yaxınlaşsaq da, çəkindiyimiz komanda yoxdur. Qapımızda gördüyümüz qol da qeyri-adi idi. Oyuna görə futbolçularıma hər-hansı irad bildirə bilmərəm. Komandama bugünkü oyununa görə təşəkkür edirəm. Qarışıdan “Qəbələ”ylə oyunumuz gəlir. O oyuna hazırlaşacağıq".

Xəbər xətti