Elxan Abdullayev: "Üç oyun onlar qələbə qazananda, bir dəfə də biz udmalıyıq da"

22:38 - 14 Mart 2017

Azərbaycan Premyer Liqasının XXII turunda keçirilən "Neftçi" - "Qəbələ" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra bakılıların baş məşqçisi Elxan Abdullayev qələbəni şərh edib.

 

- Bütün Azərbaycan xalqını bayram münasibətilə təbrik edirəm. Oyun çox ağır keçdi. “Qəbələ” çox gclü komandadı. Yaxşı məşqçiləri var. Bakıya 3 xal üçün gəlmişdilər. Çempionluq uğrunda mübarizə aparırlar. Biz də qələbə qazanmaq istəyirdik. Çünki, ötən tur gözlənilmədən “Zirə”yə məğlub olduq. Əgər həmin oyunda qələbə qazansaydıq indi turnir cədvəlində fərqli mövqedə olardıq.

 

- İkinci dövrədə “Neftçi” qeyri-stabil çıxış edir. Bunun səbəbi nədi?
- Turnir cədvəlindəki mövqeyimizlə bağlı deyil. “Qəbələ” açıq futbol oynayan komandadı. Belə komanda ilə oynamaq asandı. Amma AZAL, “Sumqayıt” kimi komandalara qarşı oynamaq çətindi. Çünki, onlar 1 xal üçün mübarizə aparırlar.

 

- Kubok oyunları da yaxınlaşır. Çempionatdan kuboka köklənmək çətin olamayacaq?
- Hələ qarşıda “İnter”lə oyunumuz var. Kubok oyunları çox fərqlidi. Çünki, 2 matçdan ibarətdi. İndi istəməzdim kubok haqda danışım. Çünki,  “İnter”lə oyunumuz var.

 

- Sizcə, “Qarabağ” və “Qəbələ”dən hansı çətin rəqibdi?
- Hər ikisi çempionluğa layiqdi. Amma “Qarabağ”a qarşı oynamaq daha asandı. Çünki, neçə ildi eyni heyətlə oynayır. Analiz etmək asandı. Amma “Qəbələ”də futbolçu çoxdu. Təhlil etmək çətindi. Bilmirsən hansı futbolçu meydana çıxacaq. Bu gün “Qəbələ”dən xal aldıq, son turda “Qarabağ”a qarşı da belə oynamağa çalışacağıq.

 

- Uqo Barqasın heyətə düşə bilməməyinin səbəbi nədi?
- Barqas çox güclü futbolçudu. Amma bizim sistemimiz imkan vermir ki, hər iki hücumçunu eyni anda meydana buraxaq. Deməzdim ki, Seqovia Barqasdan güclüdü. Onun da vaxtı gələcək. Demək olar ki, 80 faiz formasını yığıb.

 

- Ruslan Abışovun zədəsi nə yerdədi?
- Hələ bilmirik. Həkimlər baxıb dəqiq deyəcək. Dreskanın da zədəsi var.

 

- Ruslan Abışov, Dreska zədələndi. Jayro Filyonun yenidən heyətə qayıtması gündəmdədi?
- Komandada 26 futbolçu var. Nə vaxtsa, onun da vaxtı gələcək. Onun mövqeyində 6 futbolçu var. Biz çox qol buraxmırıq ki, hər oyundan sonra müdafiəçiləri dəyişim. Hər an Jayronu meydanda görə bilərsiz.

 

- “Neftçi” “Qəbələ”yə 0 – 8 hesabıyla məğlub olmuşdu. Siz bu gün rəqibə çempionluq mübarizəsində zərbə vurduz. Bunu qisas adlandırmaq olar?
-Xeyr, onlar bizi 3 dəfə udub, bir dəfə də biz udmalıyıq da (gülür).

Xəbər xətti