Bədavi Hüseynov üçün “150”

15:10 - 15 Mart 2017

Azərbaycan Premyer Liqasının XXII turu Bədavi Hüseynov üçün əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, “Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu ölkə çempionatında 150-ci oyununu keçirib. Yubileyi AZAL üzərində 1:0 hesablı qələbəyə təsadüf edən müdafiəçi bu müddətdə 1 qol vurub. Premyer Liqada 2011/12 mövsümündə debüt edən Hüseynov öncə “Sumqayıt”da (26 oyun), sonra “Qarabağ”da (124 oyun, 1 qol) forma geyinib.

Xəbər xətti