Şekspir: "1/4 finalda da qorxulu komandalar olacaq"

16:35 - 15 Mart 2017

"Lester Siti"nin baş məşqçisi Kreyq Şekspir "Sevilya" zəfərindən sonra özlərini sürpriz komanda olaraq adlandırıb və işlərinin daha da çətinləşdiyini bildirib.

 

Sportal.az xəbər verir ki, 2 - 1 hesablı məğlubiyyətin revanşında Əndəlus təmsilçisini doğma meydanda 2 - 0 hesabıyla məğlub edən "tülkülər" Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb. Premyer Liqa klubunun baş məşqçisi Şekspir matçdan sonra önəmli açıqlamalar verib:

 

"Bu mərhələdə olduğu kimi 1/4 finalda da qorxulu komandalar olacaq. "Sevilya"nı mübarizədən kənarlaşdırdığımız üçün xoşbəxt olmalıyıq. Çünki, onların Avropada gördüyü işlər hamıya məlumdu. Amma bu dəqiqdir ki, biz mərhələ adlamağa layiq idik".

 

Təcrübəli mütəxəssis "Lester"ə İngiltərə çempionluğu qazandıran, bir neçə gün öncə isə istefaya göndərilən Klaudio Ranyeri haqda danışmağı da unutmayıb:

 

"Bu barədə daha öncə də danışmışıq. Klaudio burada qazandıqları və qazandırdıqları ilə daima klubda yaxşı xatırlanacaq. Təbii ki, ilk matçda baş məşqçi o idi və bizə bu  sıçrayışı etməyə şərait yaratmışdı".

Xəbər xətti