"Bavariya" Xabi Alonsonun yoxluğunu onunla unutduracaq

19:56 - 15 Mart 2017

"Bavariya"nın prezidenti Karl Haynz Rummenigge gənc futbolçuları Renato Sançesə güvəndiklərini bildirib.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin rəhbəri portuqaliyalı yarımmüdafiəçinin mövsümün sonunda karyerasını başa vuracaq Xabi Alonsonun yerini doldura biləcəyini qeyd edib. "Bild" nəşrinə açıqlama verən Rummenigge Sançesin istedadlı futbolçu olduğunu deyib:

 

"Planlarımız Renato Sançesin Xabi Alonsonun izi ilə gedəcəyi yönündədi. Renato möhtəşəm bir istedada sahibdi. Sadəcə onun üçün bir az səbrli davranmalıyıq".

 

Qeyd edək ki, 19 yaşlı futbolçu bu mövsüm "Bavariya"nın heyətində 12 Bundesliqa matçında meydana çıxıb.

Xəbər xətti