Hakimi söyən baş məşqçiyə 5 oyunluq cəza verildi

12:09 - 16 Mart 2017

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXII turunun oyunlarında baş verənlər müzakirə olunub.

 

İntizam Komitəsinin iclasında I divizionla da bağlı qərarlar qəbul olunub. “Energetik” klubunun baş məşqçisi Sahib Qocayev texniki zonadan 5 oyunluq uzaqlaşdırılıb. Buna Qocayevin XIX turda “Ağsu” ilə matçın 90+3-cü dəqiqəsində hakimlər briqadasını təhqir etməsi səbəb olub. Baş məşqçi aldığı cəza ilə yanaşı, “Energetik”i 400 manat ziyana salıb.

Xəbər xətti