Bəhmən Həsənov: "Ola bilməz"

13:34 - 16 Mart 2017

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, keçirilən iclasda birinci divizionda mübarizə aparan "Rəvan"la "Şərurspor"un çempionatdan uzaqlaşdırılmasına qərar verilib.

 

Buna isə UEFA-nın AFFA-ya "danışılmış oyunlar"la bağlı göndərdiyi məlumatlar səbəb olub. Futbol11.az saytına açıqlama verən "Rəvan"ın baş məşqçisi məlum məsələ ilə razılaşmır.

 

O, heç bir danışılmış oyundan söhbət getmədiyini deyir: "Ola bilməz! Bizi futbolçulara olan borcumuza görə çempionatdan uzaqlaşdırıblar. Bu barədə bizə məktub da daxil olmuşdu. Necə ola bilər ki, oyun alqı-satqısında iştirak edək? İkinci dövrədə müsbət nəticələr qazanmışdıq. Liderlər qrupunda mübarizə aparan komandalardan xallar almışdıq. Yaxşı çıxış etməyə başlamışdıq. İndicə İlqar Axundovla danışdım. O da çempionatdan uzaqlaşdırılmağımızın səbəbini borclara görə olduğunu dedi. Heç bir danışılmış oyundan söhbət gedə bilməz".

Xəbər xətti