"Çelsi" Musleraya "elçi düşdü"

14:24 - 16 Mart 2017

"Qalatasaray"ın qapıçısı Fernando Muslera karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, bu iddia ilə Britaniya mətbuatı çıxış edib. "Daily Star"ın yazdığına görə Asmir Beqoviçi "Bornmut"a satmağı düşünən "zadəganlar" onun əvəzinə uruqvaylı qapıçını transfer etmək istəyir.

 

"Qalatasaray"ın 29 yaşlı "əlcək sahibi" üçün15 milyon avro tələb edəcəyi gözlənilir.

Xəbər xətti